Powered by Smartsupp

VF GROUP MMC

Professional tikinti və mühəndislik xidmətləri ilə keyfiyyətli həllər təqdim edirik

📐

Eskiz-cizgilərin hazırlanması

Layihə planlaşdırması

Eskiz-cizgilər layihənin strukturunun qurulması və texniki məlumatları özündə əks etdirən təsvirlər toplusudur. Onlar tikinti prosesini istiqamətləndirən ölçülər, materiallar və digər spesifikasiyalar daxil olmaqla layihənin vizual təsvirini təmin edir.

Üstünlüklər:

Bu eskiz-cizgilər istənilən layihənin daha sistemli, sağlam və qaydalara uyğun tikintisinə xidmət edir. Hazırlanan eskiz-cizgilərə əsasən aparılan tikinti prosesi əlavə xərclərin qarşısını alır və razılaşdırılmış müddət ərzində tikinti prosesi başa çatır.

VF GROUP MMC olaraq, istənilən layihənin daha keyfiyyətli və unikal bir şəkildə icra edilməsi üçün əvvəlcədən layihənin eskiz-cizgilərinin hazırlanmasını planlaşdırır.

🏗️

Qazıntı və bünövrə işləri

Təməl qoyulması

Qazıntı işləri mexanizm və alətlərdən istifadə etməklə çuxur və boşluq yaratmaqla torpağın, qayanın və digər materialların çıxarılmasını nəzərdə tutur və tikinti-sənaye sahələrində sahələrin hazırlanması, təməllərin yaradılması üçün kritik prosesdir.

Bu prosesə aşağıdakı fəaliyyətlər daxildir:

  • Torpaq işləri və xəndəklərin qazılması
  • Tunel çəkilməsi
  • Binalar üçün dayanıqlı təməllərin yaradılması
  • Kommunal xəttlərin çəkilməsi

Qazıntı aparılan zaman vakumlu ekskavatorlar və ənənəvi ekskavatorlardan istifadə edilir. Bu həm zaman və iş prosesinin daha keyfiyyətli icra edilməsinə kömək edir.

🔨

Təmir-tikinti işləri

Bərpa və tikinti

Təmir-tikinti dedikdə zədələnmiş, xarab olmuş və ya köhnəlmiş strukturların, komponentlərin və ya sistemlərin yenidən hazırlanması və bərpa olunması nəzərdə tutulur.

Təmir işləri 3 hissəyə bölünür:

  • Profilaktik təmir - Nasazlıqların qarşısını almaq üçün planlaşdırılmış texniki xidmət
  • Düzəldici təmir - Yoxlama və monitorinq zamanı müəyyən edilmiş problemlərin aradan qaldırılması
  • Təcili təmir - Gözlənilməz nasazlıqların aradan qaldırılması

Tikinti işləri ərazinin təmizlənməsi, qazıntı, bünövrənin qoyulması, asfalt işləri, binanın quraşdırılması, santexnika və elektrik kimi müxtəlif sistemlərin quraşdırılmasını əhatə edir.

🛣️

Yol infrastrukturu və asfalt işləri

Yol tikintisi

Asfalt işləri bitumla iri qum, qum və çınqıl aqreqatlarının birləşməsindən hazırlanmış kompozit materialdan istifadə edilərək səkilərin tikintisi və təmirində, stadionlarda, yollarda, dayanacaqlarda istifadə edilir.

Asfalt zavod şəraitində 150-180 dərəcə temperaturda hazırlanır. Müasir texnoloji yanaşmalarla daha aşağı temperaturda da asfalt istehsal etmək mümkündür.

Keyfiyyət təminatı:

VF GROUP MMC-nin siyasətlərinə müvafiq olaraq, asfalt işləri Beynəlxalq və yerli Standartlara əsasən həyata keçirilir. Dövlət icazəsi olan 3-cü Şirkətin ixtisaslaşdırılmış əməkdaşları tərəfindən Asphalt Mixture Test və Coring test kimi testlər aparılır.

🏭

Metal-konstruksiya işləri

Polad konstruksiyalar

VF GROUP MMC polad, alüminium və digər metallardan istifadə etməklə konstruksiyaların layihələndirilməsini, hazırlanmasını və quraşdırılmasını həyata keçirir.

Metal-konstruksiyalar bütün tikinti-quraşdırma proseslərində istifadə olunur:

  • Sənaye obyektləri
  • Anbarlar
  • Körpülər
  • Yaşayış binaları

Üstünlüklər:

Metal-konstruksiyaların hazırlanması digər tikinti materialları ilə müqayisədə daha rahat və sürətlidir. Bu layihələri razılaşdırılmış zaman ərzində başa çatdırmağa və ümumi xərcləri azaltmağa kömək edir.

🎨

Qumlama və boyama işləri

Səth hazırlığı

Layihələr üzrə istifadə olunan metalların səthində davamlı və yüksək keyfiyyətli bitirmə əldə etmək üçün qumlama və rəngləmə tez-tez birlikdə aparılır.

Prosesın mərhələləri:

  • Qumlama prosesi - metal üzərində boyanın daha yaxşı yapışması üçün kobud səth yaradır
  • Astar tətbiqi - metalı korroziyadan qorumaq üçün
  • Son boya təbəqəsi - sifarişə və mühitə uyğun olaraq

Keyfiyyət nəzarəti:

İşlər Beynəlxalq və Yerli Standartlara əsasən həyata keçirilir. Dövlət icazəsi olan 3-cü Şirkətin ixtisaslaşdırılmış əməkdaşları tərəfindən nəzərdə tutulan testlər aparılır.

Elektrik və avtomatlaşdırma

Enerji sistemləri

Müasir texnoloji həllər və avtomatlaşdırma sistemləri ilə elektrik infrastrukturunun qurulması və idarə edilməsi.

Əsas xidmətlərimiz:

  • Transformatorların montajı və aşağı/orta gərginlikli şəbəkələr
  • Elektrik quraşdırma işləri və kabel sistemləri
  • Müşahidə və yanğın siqnalizasiya sistemləri
  • PLC və avtomatik idarəetmə sistemləri
  • Neft sənayesində avtomatlaşdırma
  • İnternet şəbəkələri və server sistemləri

İxtisaslaşdırılmış həllər:

Siemens, Schneider, ABB proqramlaşdırması, SCADA və HMI həlləri, partlayışa davamlı avadanlıqlar və fiber-optik sistemlər.

BİZİMLƏ ƏLAQƏDƏ QALIN

BİZİ İZLƏYİN